Modern.az

Ötən gün 40 kiloqram narkotik tapılıb

Ötən gün 40 kiloqram narkotik tapılıb

Aktual

28 İyun 2025, 11:35

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43 568 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu