Modern.az

Putin Ukrayna ilə bağlı təcili iclas keçirdi

Putin Ukrayna ilə bağlı təcili iclas keçirdi

Təhsil

21 Fevral 2014, 14:47


Rusiyanın dövlət başçısı Vladimir Putin Ukrayna hadisələrini müzakirə edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcili elan olunan iclasda  Kreml rəhbəri Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynadakı gərginliyi aradan qaldırmaq yollarından söz açıb.

Məlumatda da qeyd olunur ki, toplantıya Rusiyanın baş naziri Dmitri Medvedyev, hər iki parlament qanadının  sədrləri Valentina Matviyenko və Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşşev, xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov iştirak ediblər.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU