Modern.az

Daha 82 nəqliyyat vasitəsi satışa çıxarılacaq

Daha 82 nəqliyyat vasitəsi satışa çıxarılacaq

Aktual

28 İyun 2025, 15:11

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

Modern.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraclara 82 nəqliyyat vasitəsi çıxarılacaq. Həmçinin, iyulun 8-də keçiriləcək hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir, start qiyməti 2 - 14,5 min manat arasında dəyişir.

İyulun 15-də keçiriləcək hərraca isə 6 lot üzrə 55 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1997-2013-cü illəri əhatə edir, start qiyməti 1,5 - 294,15 min manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər