Modern.az

BDU-nun 3200-ə yaxın tələbəsinin akademik borcu var

BDU-nun 3200-ə yaxın tələbəsinin akademik borcu var

Təhsil

21 Fevral 2014, 14:55

“Hazırda Bakı Dövlət Universitetində təhsil alan 3200-ə yaxın tələbənin akademik borcu var”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.

O, qeyd edib ki, əgər onların bəzilərindən ödəniş haqqı istənsə, bu hardasa 180 tələbəni əhatə edir. “Bunun əvəzində təqribən 20-40 manat çərçivəsində pul ödənilməsi universitetin büdcəsi üçün elə də böyük pul deyil. Onun üçün belə bir ajiotajın yaranmasına gərək yoxdur. Dünyada olan qaydalara əsasən tələbənin akademik borcu qalanda onların 95%-i üçün yay məktəbləri təşkil edilir. Tələbələrin yay tətilinin 1 ayını əlavə vaxt götürərək kredit ödədiklərini ödəyir”.

A. Məhərrəmov vurğulayıb ki, Azərbaycan mühitində əsgərlik məsələsi, ailə qurma və digər səbəblər olduğundan tələbələr ali məktəbi tez qurtarmağa cəhd edirlər. “Hökumətimiz də onlara kömək olmaq üçün yay məktəbindən başqa imkan yaradır ki, arada bu kreditini ödəyə bilsin. Dövlətin müvafiq qanunu var və biz də bununla işləməliyik. Tələbələr də bunu icra etməlidir. Biz elə etməliyik ki, tələbə təkcə təhsil yox, eyni zamanda müasir düşüncəli təlim alsın”. İstənilən ali məktəbin qanunlarla fəaliyyət göstərdiyini deyən A. Məhərrəmov vurğulayıb ki, qanunu heç kim poza bilməz: “Bakı Dövlət Universiteti dövlətin ali təhsil müəssisədir. Burada nə tələbələrdən artıq ödəniş haqqı tələb etmək olar, nə də qanun varsa, ondan kənara çıxmaq. Əgər ödənişi həyata keçirməsə, dövlətin müvafiq strukturları yoxlayarkən deyəcək ki, dövlətin qərarını niyə vaxtında icra etmirsiniz? Əgər Nazirlər Kabinetinin qərarını pozarıqsa, buna qarşı biz məsuliyyət daşıyırıq. Hər bir anda düşünürük ki, prosesi tələbənin xeyrinə yönəldək”.

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU