Modern.az

İcra nümayəndəsi qəzada öldü

İcra nümayəndəsi qəzada öldü

Hadisə

29 İyun 2025, 12:52

Naxçıvanda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.

 

O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşviq qızı və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar, vəziyyətləri ağırdır.

 

Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu dünyasını dəyişib.

 

Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddılar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.

 

***

10:19


Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndinin ərazisindən hissəsində qeydə alınıb.

 

Belə ki, 75-TA-349 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobillə 68-BD-131 dövlət nömrə nişanlı "QAzel" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

 

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu