Modern.az

Bakıdan Kiyevə gedənlərin sayı azalmayıb - AÇIQLAMA

Bakıdan Kiyevə gedənlərin sayı azalmayıb - AÇIQLAMA

Təhsil

21 Fevral 2014, 15:34


Azərbaycandan Kiyevə həm hava, həm də dəmiryolu vasitəsilə sərnişin daşınır. Ukrayna paytaxtında baş verən iğtişaşlarla bağlı nə təyyarələrin, nə də sərnişin qatarlarının yola salınmasında problem yaşanıb.

“Həftənin altıncı günü Kiyevə, bazar günü Lvova mütəmadi uçuşlar həyata keçirilir. Uçuşlarda təxirə salınan reyslər olmayıb. Sərnişinlərin sıxlığında da baş verən hadisələrlərdən əvvəlki vaxtla müqayisədə elə bir fərq hiss edilmir”.

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (“AZAL”) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Dövlət Dəmir Yolları “QCS”-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzizməmmədov da bildirib ki, Ukraynaya reyslər 4 gündən bir həyata keçirillir. “Bir reys fevralın 19-u gedib, bir də fevralın 23-ü və 27-də gedəcək. Sərnişinlərin sayında azalma müşahidə etməmişik. Elə əvvəlki qaydadır”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU