Bu gün Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında intihar hadisəsi baş verib. Modern.az-ın hadisə şahidlərindən əldə etdiyi məlumata görə, idman oyunları fakültəsinin üzgüçülük kafedrasında laborant işləyən, 44 yaşlı Fuad Rzayev özünü akademiyanın dördüncü mərtəbəsindən atıb.
Hadisə şahidlərinin sözlərinə görə, o, hadisədən əvvəl məktub yazıb. O, məktubda intiharının ailə problemləri ilə bağlı olduğunu açıqlayıb. Mərhum ölümündə heç kimin günahı olmadığını da qeyd edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Rafiq Qənbərov