Modern.az

"Qarabağ" yeni formasını Şuşada təqdim etdi - VİDEO

"Qarabağ" yeni formasını Şuşada təqdim etdi - VİDEO

İdman

29 İyun 2025, 23:32

"Qarabağ" klubu növbəti mövsüm üçün formalarını təqdim edib.

Modern.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "Adidas" şirkəti tərəfindən hazırlanan geyimlər ağ, göy və boz rənglərdən ibarətdir.

Ağdam təmsilçisi 2025/2026 mövsümündə istifadə edəcəyi geyimləri Şuşa şəhərində təqdim edib.

Təqdimat videoçarxında "köhlən atların" futbolçuları Kadi Borges, Bəhlul Mustafazadə, Mateuş Koxalski, Şahruddin Məhəmmədəliyev və Toral Bayramov iştirak ediblər. Musiqi kimi isə "Bayatı-Şiraz" muğamından istifadə olunub.

Qeyd edək ki, "Qarabağ" növbəti mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu