Modern.az

Ağdamda mina partladı - Polis YARALANDI

Ağdamda mina partladı - Polis YARALANDI

Hadisə

30 İyun 2025, 07:59

Ağdam rayonunun Papravənd kəndi ərazisində 2025-ci il 30 iyun tarixində mina hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.

 

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonunun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

 

Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular