Modern.az

Ukraynada növbədənkənar prezident seçkiləri elan olundu

Ukraynada növbədənkənar prezident seçkiləri elan olundu

Təhsil

21 Fevral 2014, 16:11

Ukrayna prezidenti Viktor Yanukoviç növbədənkənar prezident seçkiləri keçiriləcəyini elan edib. Modern.az saytı xarici KİV-ə istinadənm bildirir ki, bu haqda məlumat dövlət başçısının saytında yerləşdirilib. Prezident qeyd edib ki, 2004-cü il Konstitusiyasının qaytarılmasına razılaşır. O, xalqın etimad göstərəcəyi hökumətin formalaşdırılmasının tərəfdarı olduğunu bəyan edib. Lakin yeni Nazirlər Kabinetində kimlərin təmsil olunacağını açıqlamayıb. Bununla belə, Yanukoviçin bəyanatında müxalifətin çoxdandır növbədənkənar parlament seçkilərinin  keçirilməsi haqda söhbət getmir.

 

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU