Modern.az

Metronun qarşısında qəza - 24 yaşlı oğlan öldü

Metronun qarşısında qəza - 24 yaşlı oğlan öldü

Hadisə

30 İyun 2025, 12:20

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı avtomobil 24 yaşlı Ceyhun Səxavət oğlu Abbasovu vurub. Gənc oğlan hadisə yerində ölüb.

Faktla bağlı  Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular