Modern.az

TQDK Ağcabədi məzunlarının nəticələrini müzakirə etdi

TQDK Ağcabədi məzunlarının nəticələrini müzakirə etdi

Təhsil

21 Fevral 2014, 17:50

Modern.az xəbər verir ki, 2013-14-cü tədris ili üçün TQDK-nın Ağcabədi Regional Bölməsinin əhatə etdiyi rayonlar üzrə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin  elmi-statistik təhlilinə dair zona müşavirəsi keçirilib.

2013/14-cü tədris ili üçün TQDK-nın Ağcabədi Regional Bölməsinin əhatə etdiyi rayonlar üzrə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair zona müşavirəsində Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonunun Təhsil şöbələrinin rəhbərləri və ümumtəhsil müəssisələrinin rəhbərləri, Ağcabədi şəhər İcra Hakimiyyəti Aparatının məsul işçiləri iştirak ediblər.

Müşavirədə 2013/14-cü ildə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ağcabədi Regional Bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyevin təqdimatı dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılıb.

Təqdimatda ölkənin, o cümlədən, qeyd olunan rayonların əldə etdiyi nəticələrin elmi-statistik təhlilinə dair ətraflı məlumatlar göstərilib, rayonların göstəricilərinin ölkənin ümumi orta göstəriciləri ilə müqayisəsi aparılıb, ən yüksək və ən aşağı göstəricilərə malik rayon təhsil şöbələri və təhsil müəssisələri, imtahan fənləri üzrə göstəricilər, digər maraq doğuran və aktual olan məlumatlar qeyd edilib.

2013/14-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr edilmiş təqdimatda və “Abiuriyent” jurnalının 2013-cü il 12 saylı jurnalında dərc edimiş materiallara, eləcə də, TQDK-nın bir sıra şöbələrinin təqdim etdiyi məlumatlara əsasən TQDK-nın Ağcabədi Regional bölməsinin əhatə etdiyi rayonlar üzrə bir sıra səciyyəvi nəticələri qeyd etmək olar:

1.Son 2 ildə rayonlar üzrə tam orta məktəb məzunlarının sayı ilə həmin illərdə ali təhsil müəssisələrinə sənəd vermiş məzunlarının sayını müqayisə etdikdə, sənəd verən məzunlarının nisbi faizində (Ağcabədi və Bərdə rayonu istisna olmaqla) artma müşahidə etmək olar. Belə ki, Ağdam rayonu üzrə sənəd vermiş məzunların nisbi faizi 2012-ci ildə 48.43 dən, 2013-cü ildə 55.38 –ə, Xocavənd rayonu üzrə 58.82 –dan 70.70-ə, Tərtər  rayonu üzrə - 50.36 faizdən 55.67 faizədək artmışdır. Bu artm tendensiyası digər rayonların nəticələrində də görmək olar. Bu artımın səbəblərindən biri – məzunların ali təhsil almağa maraqlarının artmasını kimi qeyd etmək olar.

2.Bu illərdə məzunların qəbulolma faizlərində artma müşahidə etmək olsa da, (region üzrə orta nisbi faiz 34.46%-dən, 42.24% -dək,) bu göstəricilər (Xocavənd rayonu istisna olmaqla (48.57 %)) respublika göstəricisindən (47,86%) aşağıdır.

3. Ümumilikdə, abituriyentlərin (cari və əvvəlki illərin məzunlarının birlikdə) bölgənin bütün rayonları üzrə qəbulolma faizləri (Füzuli və Tərtər rayonu istisna olmaqla) ölkə üzrə göstəricisindən (35.03) yuxarıdır. Bərdə (40.9%), Laçın ( 40.89%), Xocavənd (40.59%) region üzrə ən yüksək nəticə göstərmiş rayonlardır.

4. Ölkə üzrə dövlət sifarişlı 9559 yerdən bölgə rayonlarının ümumtəhsil müəssisələrindən yalnız 467 nəfər məzun yer ala bilmiş (4.88%), bu da respublika göstəricisindən ( 10.78%) təxminən 2 dəfədən də azdır.

5. İmtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında birinci onluqda bölgənin  Biologiya fənni üzrə Ağcabədi və Bərdə rayon təhsil şöbəsi, Kimya fənni üzrə Ağcabədi rayon Təhsil şöbəsi, Ədəbiyyat fənni üzrə Laçın rayon Təhsil Şöbəsi, Tarix Fənni üzrə isə Tərtər rayon Təhsil Şöbəsi,  ümumtəhsil müəssisələri arasında isə birinci onluqda bütün fənlər üzrə yalnız Bərdə rayonu akademik Z.Əliyeva adına texniki-təmayüllü lisey yer tuta bilmişdir.

6. Ağcabədi rayonunun Azərbaycan bölməsinin abituriyentləri biologiya fənni  suallarının 41.31%-nə, kimya fənni üzrə - 38.25%-nə, fizika fənni üzrə - 36.97-nə,

Bərdə rayonunun Azərbaycan bölməsinin abituriyentləri biologiya fənni  suallarının 40.84%-nə, fizika fənni üzrə - 36.97%-nə,

Ağdam rayonunun Azərbaycan bölməsinin abituriyentləri biologiya fənni  suallarının 33.01%-nə, fizika fənni üzrə - 32.15%-nə, kimya fənni üzrə - 33.15%-nə,

Tərtər rayonunun Azərbaycan bölməsinin abituriyentləri kimya fənni suallarının 30.98%-nə,

Beyləqan rayonunun Azərbaycan bölməsinin abituriyentləri biologiya fənni  suallarının 30.29%-nə, kimya fənni üzrə - 28.34%, fizika fənni üzrə - 30.43%-nə, riyaziyyat fənni suallarının 24.36%-nə,

Xocavənd rayonunun Azərbaycan bölməsinin abituriyentləri tarix fənni suallarının 46.91%-nə, Zərdab rayonunun Azərbaycan bölməsinin abituriyentləri isə 47.17%-nə  düzgün cavab vermişlər, bu da müvafiq ümumrespublika göstəricilərindən (43.29%) yuxarıdır.

Füzuli rayonunu təmsil edən abituriyentlərin qəbul imtahanlarına düşən fənlər üzrə suallara düzgün cavabların nisbi faizi ümumrespublika göstəricilərindən aşağıdır.

7. Bölgə rayonları üzrə XI-sinif məzunlarının buraxılış imtahanında hər iki fənn üzrə topladığı ballar respublika üzrə göstəricidən (Laçın rayonu istisna olmaqla (32.18%)) aşağı olmuşdur. Bu göstərici Ağcabədi  rayonu üzrə – 20.69%, Bərdə rayonu üzrə - 28.82%, Ağdam rayonu üzrə - 28.68%, Tərtər rayonu üzrə - 27.42%, Beyləqan rayonu üzrə - 28.91%, Füzuli rayonu üzrə - 24.96%, Xocavənd rayonu üzrə - 30.29% , Zərdab rayonu üzrə isə - 26.91% respublika göstəricisindən  (30.74%)aşağı olub.

Rayonlar üzrə IX-cu sinif məzunlarının buraxılış imtahanlarında hər iki fəndən topladıqları ballar da respublika göstəricisindən (Laçın rayonu istisna olmaqla) aşağıdır.

8. Bölgə rayonlarında sınaq, buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 90 nəfər imtahan rəhbəri, 2129 nəfər nəzarətçi-müəllim, 135 nəfər mühafizəçi, 79 nəfər bina nümayəndəsi və 79 nəfər xadimə ilə əmək müqaviləsi bağlamış və müvafiq olaraq 4161, 72320.9, 6589, 1987.9, 1429.9 cəmi 86404.3 AZN məbləğındə vəsait ödənilib.

9. 2013-cü ildə buraxılış imtahanlarına şagirdlərin çatdırılması üçün bölgə rayonları üzrə 470 nəfərlə müqavilə bağlanılmış, onlara 21849 AZN məbləğində vəsait ödənilib.

10. 2013/14-cü tədris ili üçün bölgə rayonları üzrə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin  elmi-statistik təhlilinə dair “Abituriyent” jurnalının 12-ci sayı, bölgə rayonlarının 2013-cü il məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar toplusunu əks etdirən jurnalın əlavələri məktəblərin sayına uyğun rayon Təhsil Şöbələrinə pulsuz təqdim edilmiş, bu materiallar əsasında rayon təhsil şöbələrində və təhsil müəssisələrində təhlillərin və müzakirələrin aparılması tövsiyyə olunub.

Modern.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU