Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqə başa çatıb.
Şuradan Modern.az-a bildirilib ki, qeyd olunan müddətdə 3 iddiaçı – “Brand in Baku” MMC, “Fatiyev Company” MMC, “Region TV” MMC müsabiqəyə sənədlərini təqdim edib. “Televiziya və radio yayımı haqqında” Qanunun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.
Modern.az