Modern.az

Alessandro Safina Heydər Əliyev mərkəzində çıxış edib

Alessandro Safina Heydər Əliyev mərkəzində çıxış edib

Təhsil

22 Fevral 2014, 10:15


İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safina fevralın 21-də Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Modern.az-ın məlumatına görə, məşhur ifaçını Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri və baş dirijoru Viktor Babarikinin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

A.Safina Bakıda təşkil olunan ilk konsertində tamaşaçılara unudulmaz anlar yaşadıb. İki saatlıq proqramda azərbaycanlı pərəstişkarları üçün ifa etdiyi “Luna”,“Incanto”, “Memories”, “Luna”, “Besame Mucho”, “La Nave Va”, “Al Di La” və digər məşhur mahnıları sürəkli alqışlarla qarşılanıb.

A.Safina çıxışında bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir və Bakının möhtəşəmliyinə,  gözəlliyinə valeh olub. Məşhur ifaçı azərbaycanlıların çox qonaqpərvər olduqlarını qeyd edərək, audutoriyanın ona xüsusi zövq verdiyini bildirib. Konsertin sonunda tamaşaçıların alqış sədaları altında bir neçə dəfə səhnəyə qayıdan ifaçı məşhur “Luna” mahnısını yenidən ifa edib.

 

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU