Modern.az

Rumıniyada SOCAR-ın 2 yanacaqdoldurma məntəqəsi açılıb

Rumıniyada SOCAR-ın 2 yanacaqdoldurma məntəqəsi açılıb

22 Fevral 2014, 10:31


Modern.az
xəbər verir ki, fevralın 21-də Rumıniyanın Macarıstanla sərhədində yerləşən Oradea və Timişoara şəhərlərində SOCAR brendi altında fəaliyyət göstərən 2 yanacaqdoldurma məntəqəsi istismara verilib.

 Açılış mərasimində “SOCAR Petroleum SA” şirkətinin və yerli hökumət qurumlarının nümayəndələri iştirak edib. ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov açılış mərasimində bildirib ki, bu il SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin daha da genişləndirilməsi planlaşdırılır. Artıq Bakau, Kluj, Sibiu, Arad, Bistrita və İasi şəhərlərində yeni yanacaqdoldurma məntəqələrində tikinti işləri tam gücü ilə davam edir.

Magistral yollar üzərində yerləşən YDM-lərdə müştərilərə “Euro Dizel 95”, “Super Euro Dizel 98”, Benzin 95 və 98 tipli neft məhsulları, maye qaz təklif olunur. Məntəqələrdə 3 sayğac quraşdırılıb, 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. YDM-lərin ərazisində market, kafe fəaliyyət göstərir, müştərilər 24 saat pulsuz internet xidməti ilə təmin olunub. Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 25-ə çatıb.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU