Modern.az xəbər verir ki, İspaniyanın “Atletiko Madrid” futbol klubu Xocalı soyqırımını yad edəcək. Belə ki, “Osasuna” və “Real Madrid” komandaları ilə keçirəcəyi görüşlərdə “Atletiko Madrid”in futbolçuları Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxacaqlar.
Üzərində Azərbaycanın adı yazılmış köynəklər geyinməklə oyunçular Azərbaycan xalqının ağrısına şərik olmaq niyyətindədirlər.
Eyni zamanda “Atletiko Madrid”in Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə oyunçusu Xocalı soyqırımını pisləyən və dünyada sülhü dəstəkləyən videoroliklər də hazırlayıblar. Həmin videoroliklər klubun saytında yerləşdiriləcək.
Rafiq Qənbərov