Beyləqan rayonunda taxıl biçən kombayn yanıb.
Modern.az xəbər verir ki, “New Holland” markalı kombayn rayon ərazisində taxıl biçərkən elektrik hissəsində yaranan qısaqapanmadan alışaraq yanıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları gələrək yanan kombaynı söndrüb. Yanan kombayn Beyləqanda taxılçılıqla məşğul olan “Kraun KO” şirkətinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır