Modern.az

Yanukoviçin yaxın dostu və 28 tərəfdarı fraksiyadan getdi, Ali Rada spikeri istefa verdi

Yanukoviçin yaxın dostu və 28 tərəfdarı fraksiyadan getdi, Ali Rada spikeri istefa verdi

Təhsil

22 Fevral 2014, 12:32


Ukraynanın hakim Regionlar Partiyasının Ali Radadakı fraksiyasından 28 deputat, o cümlədən prezident Viktor Yanukoviçin ən yaxın dostu Anton Priqodski də çıxıb. Modern.az saytı Ukrayna KİV-lərinə istinadən bildirir ki, bu haqda Ali Radanın vitse-spikeri Ruslan Koşulinski məlumat verib. Fraksiyadan çıxanlar bunlardır: Sergey Buryak, Tariel Vasadze, Yekatirina Vaşşuk, Hikolay Djiqa, Oleq Zarubinski, Qriqori Kaletnik, Oleq Kuliniç, İvan Kurovski, Vladimir Makeenko, Yaroslav Moskalenko, Vladimir Pilipenko, Anton Priqodski, Nikolay Soroka, Vitali Xomutınnik, Vladimir Zubik, Aleksandr Qereqa, Stanislav Beryozkin, İqor Şarov, Vasili Xmelnitski, Nikolay Baqraev, Nikolay Onişenko, Andrey Derkaç, Vladimir Pexov, Yevgeni Siqal, Qriqori Smityux, Anton Yatsenki, Briy Polyaçenko.
Əvvəllər fraksiyanın 205 deputatı olub.

Son məlumata görə, Ali Radanın spikeri Vladimir Rıbak da istefa ərizəsi yazıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU