Modern.az

Azərbaycan UEFA reytinqində 29-cu pillədə

Azərbaycan UEFA reytinqində 29-cu pillədə

İdman

2 İyul 2025, 13:30

Azərbaycan 2025/2026 mövsümünə UEFA reytinqində 29-cu pillədə başlayacaq.

Modern.az xəbər verir ki, Avropa futbol qurumunun əmsallar cədvəlində ölkələrin yenilənmiş reytinqi açıqlanıb.

Azərbaycan hazırda 17.125 əmsala malikdir. Ukrayna (17.600) 28-ci, Bolqarıstan (15.875) 30-cu olub.

Qeyd edək ki, siyahıya İngiltərə (90.839) başçılıq edir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI