Modern.az

Kanalda batan yeniyetmənin meyiti tapıldı

Kanalda batan yeniyetmənin meyiti tapıldı

Hadisə

2 İyul 2025, 22:09

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

 

Axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI