Modern.az

Rusiya ordusu Odessanı vurdu - Xeyli yaralı var

Rusiya ordusu Odessanı vurdu - Xeyli yaralı var

Dünya

3 İyul 2025, 08:57

Rusiya ordusu gecə saatlarında Odessaya zərbə dronları ilə hücum edib.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

Onun sözlərinə görə, zərbə dronlarından biri yaşayış binasına tuş gəlib.

İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Hadisə nəticəsində 50 sakin təxliyə edilib, 6 mənzil tamamilə dağılıb, 36 mənzil isə qismən zədələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu