Modern.az

Cənubi Koreya ilə Şimali Koreya birləşə bilər

Cənubi Koreya ilə Şimali Koreya birləşə bilər

Dünya

3 İyul 2025, 09:48

Koreya Respublikası sülh yolu ilə birləşməyə can atmalıdır, Cənub və Şimal “yüz ildən sonra” da birləşə bilərlər.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın prezidenti Li Çje Myon bildirib.

O, ölkənin ali qanunvericiliyində də sülh yolu ilə birləşmə təşəbbüsünün olduğunu xatırladıb. Onun sözlərinə görə, qeyri-sülh yolu ilə birləşmə səyləri böyük itkilərə yol aça bilər.

“İmkan daxilində bir-birimizin mövcudluğunu tanımalıyıq və qarşılıqlı-faydalı yolla getməliyik”,- deyə Li Çje Myon qeyd edib.

Prezident onu da qeyd edib ki, Koreya müharibəsindən hələ heç bir əsr də keçməyib və tarixi nöqteyi-nəzərdən 80 il elə də böyük müddət sayılmır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI