Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır və bunu bəyənməyən qüvvələr var.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Sputnik radiostansiyası"nın efirində deyib.
"Biz yadda saxlamalıyıq ki, Moskva ilə Bakı arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır. Təbii ki, bunu bəyənməyən qüvvələr var", - diplomat bildirib.