Modern.az

Azərbaycan San-Marino ilə əməkdaşlıq edəcək

Azərbaycan San-Marino ilə əməkdaşlıq edəcək

Təhsil

22 Fevral 2014, 15:14

Milli Məclisin deputatı Azər Kərimli bu ilin fevralın 17-dən 20-dək İtaliya və San-Marinoda səfərdə olub. Səfər çərçivəsində keçirilən ğörüşlər barədə Modern.az saytına məlumat verən deputat qeyd edib ki, o, San-Marinonun sənaye və ticarət naziri, deputat Marco Arzilli, mədəniyyət və təhsil naziri, deputat Giuseppe Maria Morganti, əmək naziri , deputat İro Beluzzi, Sosial-Demokrat Partiyasinin presidenti (PSD), deputat  Francesco Morganti ilə görüşüb.
Görüş zamanı Azərbaycan-San-Marino, San-Marino-Azərbaycan Parlamentlərarasi Dostluq qruplarının yaranması, iki ölkə arasında parlamentlərarası əlaqələrin yaranması və inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, San- Marino Dövlət Universitetinin profilinə uyğun Azərbaycan universitetlərinin biri ilə əlaqələrin qurulması, iqtisadi və mədəni əlaqələrin qurulması kimi məsələlər müzakirə olunub.

San-Marino dunyanın ən qədim respublikası hesab olunur. Dövlətin yaranması 4 cü əsrin əvvəllərinə təsadüf edir.









Modern.a
z

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU