Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında növbəti əfv sərəncamı ilə bağlı məsələ müzakirə olunmur. Bu məlumat Modern.az saytına həmin komissiyadan verilib:
“Bəzi informasiya agentlikləri bu barədə yazırlar. Guya, əfv olacaq. Amma vaxt çatanda məlum olur ki, heç bir əfv olmadı. Sonra da deyirlər ki, bəs deyilmişdi, niyə əfv sərəncamı imzalanmadı?”.