Modern.az

Ali Məhkəmə Vüqar Səfərli ilə bağlı qərar verdi

Ali Məhkəmə Vüqar Səfərli ilə bağlı qərar verdi

Aktual

3 İyul 2025, 13:20

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və digər vəzifəli şəxslərlə bağlı proses keçirilib.

Modern.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Vüqar Səfərlinin müsadirə olunmuş əmlakları ilə bağlı verilmiş kassasiya şikayəti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Təqsirləndirilən Telman Tahirov barəsində verilmiş şikayət isə ləğv edilərək geri göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI