Modern.az

Liderlər Ağdamda Qarabağ atlarının Zəfər şousunu izlədi

Liderlər Ağdamda Qarabağ atlarının Zəfər şousunu izlədi

Qarabağ

3 İyul 2025, 18:56

Azərbaycanda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət və hökumət başçıları Ağdam şəhərindəki İmarət Kompleksində Qarabağ atlarının Zəfər şousunu izləyiblər.

 

Modern.az xəbər verir ki, atlılar musiqi sədaları altında əllərində quruma üzv ölkələrin bayraqları ilə meydana daxil olaraq dövrə vurub və qonaqları salamlayıblar.

 

Daha sonra rəqqaslar Azərbaycan milli rəqslərini ifa ediblər.

 

Qeyd edək ki, iyulun 4-də Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü keçiriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI