Modern.az

Aksiya fəallarından biri: “Məni çirkin məqsədlərə alət etmək istəyiblər”

Aksiya fəallarından biri: “Məni çirkin məqsədlərə alət etmək istəyiblər”

Təhsil

22 Fevral 2014, 22:03

Nazirlər Kabinetinin alt qruplarda oturmaq üçün ödəniş etmələri ilə əlaqədar tələbələrin narazılığına səbəb olan qərara etiraz edənlərdən biri aksiya iştirakçılarına müraciət ünvanlayıb.   Aksiyada iştirak edən BDU tələbəsi Fərəcov Renatın   Modern.az saytına daxil olmuş müraciətini olduğu kimi təqdim edirik.

Mən Fərəcov  Renat Əziz oğlu  BDU-nun Tarix fakültəsinin 3-cü kurs tələbəsiyəm. Bütün dostlarıma və tələbə  yoldaşlarıma müraciət edərək aşağıdakı fikirlərimi  çatdırmaq istəyirəm.

Bir neçə gün bundan əvvəl “facebook” səhifələrində  bəzi tələbələr adından Nazirlər Kabinetinin yeni qərarına etiraz aksiyalarına çağırışla tanış oldum. Çağırış edən tələbəbləri tanımasam da, ailəmin maddi çətinliklərini nəzərə alaraq , aksiyaya qoşulmaq fikirinə düşdüm.

Etiraf edirəm ki, universitetdə oxuduğum müddətdə müəllimlərim və rəhbərlik tərəfindən qayğı və xoş münasibətlə əhatə olunmuşam.  Universitet tələbəsi olmaqla fəxr edirəm.  Fevral ayının 20-də dərsdən çıxarkən bir qrup  tələbənin  bir yerə toplaşdığını və hətta bəzi  şəxslərin hasarı aşaraq hay-küylə toplaşan kütləyə yaxınlaşdığını gördüm. Bu toplantının yeni qərara etiraz olacağını düşünərək mən də kütləyə qoşuldum. Lakin tanımadığım, sonradan bildiyim kimi universitetin tələbəsi  olmayan və ümumiyyətlə heç tələbə olmayan bir qrup şəxsin tamamilə başqa məqsədlərlə hay-küy saldıqlarına  başa düşmədən düşünməyərək  fəallıq göstərməyə başladım.  Lakin bir qədər sonra başa düşdüm ki, bura toplaşanların məqsədi tamam başqadır və bizi maraqlandıran məsələlər  onları  maraqlandırmır. Ona görə mən  21 fevralda rektorun təyin etdiyi  görüşə gəlib məsələnin müzakirəsində  iştirak etmək istədim. Həmin görüşdə  istər universitet rəhbərliyinin , istərsə də Təhsil Nazirliyinin nümayəndələrinin şərhləri və tələbələrin suallarına verilən dolğun cavablar məni qane etdi. Lakin tədbirin sonunda məsəlinin mahiyyətindən kənar olsa da,  mənim oxuduğum tarix fakültəsinin bir tələbəsi universitetdə guya mövcud olan rüşvət hallarına aid təxribatçı sulal verdi. Onun bu sualı zalda olan  mənim dünəndən tanıdığım ünsürlər tərəfindən alqışlandı. Mən 3 ildir ki, universitetdə oxuyuram  və indiyədək heç bir  rüşvət halı ilə üzləşməmişəm, müəllimlərimiz və fakültə  rəhbərliyi daim bizə diqqət göstərir və obyektivliyin qorunmasına çalışıblar.

Hesab edirəm ki, bu sual təxribat xarakteri daşımışdı. Və universitetin  mövcud olan müsbət imicinə kölgə salmağa yönəlib.  Artıq başa düşürəm ki, müəyyən adamlar biz gənclərdən öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə etmək istəyirlər, ona görə mən sizi də belə təxribatlara uymamağa çağırıram.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU