Bu gün Fransada təşkil olunacaq futbol üzrə 2016-cı ilin Avropa Çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Modern.az saytı xəbər verir ki, püşkatmada 6 səbətə bölünmüş 53 komanda iştirak edib.
V səbətdə yer alan Azərbaycan milli komandası H qrupuna düşüb. Bu qrupda komandamızın rəqibləri İtaliya, Malta, Bolqarıstan, Norveç və Xorvatiya seçilib.
Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü bitirəcək milli komandalar isə pley-off oyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.
A qrupu: Hollandiya, Qazaxıstan, İslandiya, Latviya, Türkiyə, Çexiya
B qrupu: Bosniya və Hersoqovina, Andorra, Kipr, Uels, İsrail, Belçika
C qrupu: İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya, Ukrayna
D qrupu: Almaniya, Qibraltar, Gürcüstan, Şotlandiya, Polşa, İrlandiya
E qrupu: İngiltərə, San-Marino, Litva, Estoniya, Sloveniya, İsveçrə
F qrupu: Yunanıstan, Farer adaları, Şimali İrlandiya, Finlandiya, Rumıniya, Macarıstan
G qrupu: Rusiya, Lixtenşteyn, Moldova, Montoneqro, Avstriya, İsveç
H qrupu: İtaliya, Malta, Azərbaycan, Bolqarıstan, Norveç, Xorvatiya
I qrupu: Portuqaliya, Albaniya, Ermənistan, Serbiya, Danimarka