Modern.az

“Turan Tovuz” “Traktor” ilə qarşılaşacaq

“Turan Tovuz” “Traktor” ilə qarşılaşacaq

İdman

6 İyul 2025, 19:36

“Turan Tovuz” futbol klubu Cənubi Azərbaycanın “Traktor” komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev paylaşım edib.

O, şəxsi feysbuk hesabına “Traktor”un loqosunu yerləşdirib. Bir çoxları bunu hər iki komanda arasında tezliklə yoldaşlıq görüşünün baş tutacağı ilə əlaqələndirib.

Görüşün iyulun 29-da Türkiyənin Bolu bölgəsində olacağı ehtimal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi