Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti PKK terror təşkilatının qurucusu Abdullah Öcalanla görüşüb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmralı adasında baş tutan görüş 2.5 saat davam edib.
Görüşlə bağlı yazılı açıqlamanın veriləcəyi deyilir.
Bu, DEM üzvlərinin 2024-cü ilin dekabrından bəri Öcalanla sayca beşinci görüşüdür.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah DEM partiyasının nümayəndə heyəti ilə görüşəcək.