Modern.az

İsa Qəmbər: “O qiymətlə mənə hüquq fakültəsini təklif etdilər, amma tarixi seçdim”

İsa Qəmbər: “O qiymətlə mənə hüquq fakültəsini təklif etdilər, amma tarixi seçdim”

Təhsil

24 Fevral 2014, 11:47

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəm­bərin doğum günüdür. O, 24 fev­ral 1957-ci il­də ana­dan ol­ub. İsa Qəm­bər 1964-cü il­də Ba­kı şə­hər 62 say­lı or­ta mək­tə­bi­nə gedib, 1974-cü il­də hə­min mək­tə­bi bi­tir­ib.

“Mən­də o vaxtlar Şər­qə bö­yük ma­raq ya­ran­mış­dı”

1974-cü il­də Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin (in­di­ki Ba­kı Döv­lət Uni­ver­si­te­ti) ta­rix fa­kül­tə­si­nə da­xil ol­ub, 1979-cu il­də hə­min uni­ver­si­tet­də təh­si­li­ni ba­şa vur­ub. İsa Qəmbər ali mək­tə­bə da­xil ol­du­ğu il­lə­ri be­lə xa­tır­la­yır:

- Onun­cu si­nif­də oxu­yan­da uni­ver­si­te­tin fi­zi­ka fa­kül­tə­si­nə ha­zır­la­şır­dım. Fi­zi­ka-ri­ya­ziy­yat sa­hə­si­nə çox fi­kir ve­rir­dim. Ev­də də ha­mı o fi­kir­də idi. Mək­tə­bi qur­ta­rıb ka­mal ates­ta­tı al­dı­ğım gün­lər­də qə­zet­lər­də dərc edil­miş bir elan oxu­dum. Öl­kə­nin, yə­ni "SSRI-nin müx­tə­lif şə­hər­lə­rin­də təh­sil al­maq üçün im­kan­lar ya­ra­dı­lıb". Ba­kı­da im­ta­han ver­mək şər­ti ilə Sankt-Pe­ter­burq uni­ver­si­te­tin­də öl­kə­şü­nas­lıq fa­kül­tə­sin­də Azər­bay­ca­na bir ne­çə yer ve­ri­lib. Və İran-Tür­ki­yə üz­rə öl­kə­şü­nas­lıq fa­kül­tə­si ye­ri ay­rı­lıb. Mən­ də o vaxtlar Şər­qə bö­yük ma­raq ya­ran­mış­dı. Sə­nəd­lə­ri­mi ora ver­dim. İm­ta­han­lar­dan üç “5” al­dım. Ya­zı­lı ədə­biy­yat im­ta­ha­nın­dan “3” yaz­mış­dı­lar. "Yaz­mış­dı­lar" ona gö­rə ki, mən hə­mi­şə ədə­biy­ya­tı yax­şı bil­mi­şəm və hə­min ya­zı­ya ən pis hal­da “4” ver­mək müm­kün idi. “3” ve­ril­mə­si onun­la bağ­lı idi ki, tap­şı­rıq­sız Sankt-Pe­ter­burq Uni­ver­si­te­ti­nə da­xil ol­maq müm­kün­süz ol­sun. Üç ye­rə 20-dən ar­tıq abi­tu­ri­yent əri­zə yaz­mış­dı. İki nə­fər mən­dən da­ha yu­xa­rı bal top­la­mış­dı. Bir nə­fər isə mə­nim­lə ey­ni bal top­la­mış­dı. An­caq onu gön­dər­di­lər. Mə­nə isə Moskva Döv­lət Uni­ver­si­te­ti­nin fi­lo­lo­gi­ya, Do­netsk Uni­ver­si­tet­nin hü­quq fa­kül­tə­si­nə get­mə­yi tək­lif et­di­lər. Əks təq­dir­də, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin ta­rix fa­kül­tə­sin­də təh­sil ala bi­lər­dim. Mən ta­rix fa­kül­tə­si­ni seç­dim”.

“Əbül­fəz bəy təb­li­ğa­tı­nı bir az zə­if­lət­səy­di, o bi­ri il bi­zə də dərs de­yə­cək­di”

1979-1982-ci il­lər­də Azər­bay­can EA Nax­çı­van Elm Mər­kə­zin­də, 1982-1990-cı il­lər­də Şərqşü­nas­lıq İnsti­tu­tun­da ki­çik el­mi iş­çi, el­mi iş­çi və­zi­fə­lə­rin­də ça­lışan İsa Qəmbər ge­niş ic­ti­ma­iy­yət tə­rə­fin­dən 1985-ci ilin yan­va­rın­dan, Zo­ri Ba­la­ya­nın "Ocaq" ki­ta­bı­na yaz­dı­ğı ca­vab­la bağ­lı ta­nın­sa da, fə­al si­ya­sət­lə 1988-ci il­dən məş­ğul olub.  Hə­lə uni­ver­si­tet­də oxu­yar­kən si­ya­sət­lə ma­raq­la­nan İsa Qəm­bər xa­ti­rə­lə­ri­ni be­lə di­lə gə­tirir:

- Mən hə­lə or­ta mək­təb­də oxu­yar­kən xal­qı­mı­zın ta­le­yi, bu gü­nü, sa­ba­hı ilə ma­raq­lan­ma­ğa baş­la­mış­dım. Uni­ver­si­tet ta­mam baş­qa aləm­dir. Uni­ver­si­te­tə gəl­di­yim il­lər­də bu is­ti­qa­mət­də söh­bət­lər olur­du. İki fak­tı xa­tır­la­yı­ram. Bi­rin­ci kursda oxu­yar­kən de­di­lər ki, bu­ra­da bir Əbül­fəz mü­əl­lim var idi, onu həbs edib­lər. Sə­bə­bi­ni so­ruş­duq­da de­di­lər ki, mil­lət­çi­li­yə və an­ti­so­vet təb­li­ğa­tı­na gö­rə. Əbül­fəz bəy təb­li­ğa­tı­nı bir az zə­if­lət­səy­di, o bi­ri il bi­zə də dərs de­yə­cək­di. Biz bu im­kan­dan məh­rum ol­duq.

Mə­nim Ay­dın Ba­la­yev ad­lı bir tə­lə­bə dos­tum var idi. Ta­rix­çi alim­dir. Çox­lu ki­tab­la­rı var. Mü­sa­vat döv­rü­nə aid bir çox ma­raq­lı araş­dır­ma­la­rın, mo­noq­ra­fi­ya­la­rın mü­əl­li­fi­dir.

Biz bi­rin­ci kursda oxu­yan­da rus di­li mü­əl­li­mi "Mə­nim se­vim­li qəh­rə­ma­nım" möv­zu­sun­da in­şa yaz­ma­ğı tap­şır­dı. Ya­zıb qur­ta­ran­dan son­ra gör­düm ki, Ay­dın "Mə­nim se­vim­li qəh­rə­ma­nım Məhəm­məd Əmin Rə­sul­za­də­dir" ya­zıb. Nə­zə­rə alın ki, söh­bət 1974-1975-ci dərs ilin­dən ge­dir. İn­şa­da yaz­mış­dı ki, "M.Ə.Rə­sul­za­də Azər­bay­can xal­qı­nın gə­lə­cə­yi üçün bö­yük iş­lər gö­rüb. Təh­sil al­dı­ğı­mız uni­ver­si­te­ti ya­ra­dıb. Son­ra təs­süf­lər ol­sun ki, Şi­mal­dan əsən kü­lək­lər bu na­i­liy­yət­lə­rin ha­mı­sı­nı yox elə­di".

Mən ona de­dim "Nə yaz­mı­san, sə­ni  tu­tar­lar!!!". Ca­vab ver­di ki, “əşi rus di­li mü­əl­li­mi nə bi­lir ki, Məhəm­məd Əmin Rə­sul­za­də kim­dir?!” Doğ­ru­dan da rus di­li mü­əl­li­mi onun in­şa­sı­nı oxu­ya­raq bir ver­gül səh­vi ta­pıb “4” yaz­mış­dı. Yə­ni bu tip­li söh­bət­lər ada­mı ma­raq­lan­dı­rır­dı. Si­ya­sət­siz bu və di­gər mə­sə­lə­lə­rin həl­li müm­kün de­yil­miş. Bu səp­ki­də olan prob­lem­lər da­im bi­zim qrup­da mü­za­ki­rə olu­nur­du. Nov­ruz bay­ra­mı ərə­fə­sin­də Şı­xə­li Qur­ba­no­vun hey­kə­li önü­nə gül dəs­tə­lə­ri qoy­maq, şeir­lər oxu­maq o za­ma­nın adə­ti idi. "KQB" ilə uni­ver­si­te­tin rəh­bər­li­yi bu­nun qar­şı­sı­nı al­ma­ğa ça­lı­şır­dı. Biz o an­la­rı, qar­şı­dur­ma­la­rı ya­şa­mı­şıq. Yə­ni si­ya­sə­tə qa­tıl­dı­ğım mər­hə­lə­lər hə­ya­tı­mın ən bö­yük şər­ti­nə çe­vi­ri­lib.

“Mi­tinqdə ilk çı­xı­şım 1988-ci il no­yab­rın 20-də olub”

İsa Qəm­bər Aka­de­mi­ya­da iş­lə­di­yi dövrlər­də İran, Tür­ki­yə və ya­xın Şərqdə­ki si­ya­si pro­ses­lə­ri ge­niş mü­ta­liə və təd­qiq edib, Qərb öl­kə­lə­ri­nin si­ya­si hə­ya­tı ilə ma­raq­lan­ıb. O, "1978-1979-cu il­lərİIran in­qi­la­bı" möv­zu­sun­da dis­ser­ta­si­ya işi yaz­ıb.

AXC-nin ya­ra­dı­cı­la­rın­dan bi­ri, ilk İda­rə He­yə­ti­nin üz­vü olan İsa bəy 1990-1991-ci il­lər­də AXC təş­ki­lat şö­bə­si­nin mü­di­ri, son­ra sədr mü­a­vi­ni ol­ub. "Mey­dan hə­rə­ka­tı" za­ma­nı da­ha ya­xın­dan iş­ti­rak et­miş Azər­bay­ca­nın azad­lı­ğı, müs­tə­qil­li­yi uğ­run­da mü­ba­ri­zə aparıb, hə­rə­ka­tın li­der­lə­rin­dən bi­ri­nə çe­vi­ril­ib. Mi­tinqlər za­ma­nı ra­di­kal çı­xış­la­rı ilə rəğ­bə­t qa­zanıb.

- Mi­tinqdə ilk çı­xı­şım 1988-ci il no­yab­rın 20-də olub. Çox də­qiq xa­tır­la­yı­ram. Çün­ki ilk də­fə möh­tə­şəm in­san se­li­nin qar­şı­sın­da tri­bu­na­ya çı­xan­da adam dəh­şə­tə gə­lir. Aşa­ğı­dan ada­ma elə gə­lir ki, mi­tinqdə çı­xış et­mək çox asan mə­sə­lə­dir.

"Mey­dan hə­rə­ka­tı" da­ğı­lan­dan son­ra mə­ni is­tin­ta­qa ça­ğır­mış­dı­lar. Çı­xı­şı­mın mət­ni­ni rus di­lin­də çox də­qiq tər­cü­mə edib, qar­şı­ma qoy­muş­du­lar. De­dik­lə­rim­lə bağ­lı su­al­lar ol­du. La­kin mən haq­lı ol­du­ğu­mu və söz­lə­rim­dən im­ti­na et­mə­di­yi­mi bil­dir­dim. İs­tin­taq­çı­la­ra çı­xı­şı­mın mət­ni­ni ta­rix üçün be­lə sax­la­dıq­la­rı­na gö­rə tə­şək­kür et­dim.

“Fü­zu­li­nin iş­ğa­lı­nın qar­şı­sı­nın alın­ma­sı­na cəhd gös­tər­dim”

İsa Qəmbər 1992-ci ilin may ayın­da Ali So­ve­tin səd­ri se­çil­ib, 1992-ci il may-iyun ay­la­rın­da Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin sə­la­hiy­yət­lə­ri­ni ic­ra edib. O za­man­lar er­mə­ni tə­ca­vü­zü­nün qar­şı­sı­nı al­maq məq­sə­di ilə hər­bi mə­sə­lə­lə­rə mü­da­xi­lə edib.

- 1992-ci il ma­yın 18-dən iyu­nun 16-na Əbül­fəz El­çi­bəy öz və­zi­fə­si­ni ic­ra edə­nə qə­dər Ali So­ve­tin səd­ri ki­mi pre­zi­dent sə­la­hiy­yət­lə­ri­ni ic­ra et­mi­şəm. O vaxt bi­lir­si­niz ki, və­ziy­yət çox mü­rək­kəb idi. Bi­zim ha­ki­miy­yə­tə gəl­mə­yi­miz ərə­fə­sin­də Şu­şa və La­çın iş­ğal edil­miş­di. Əha­li şok və­ziy­yət­də ya­şa­yır­dı. Hə­min mər­hə­lə­də biz ilk gün­dən Döv­lət Mü­da­fiə Ko­mi­tə­si­ni bər­pa et­dik. Onu re­al, iş­lək or­qa­na çe­vir­dik. Bir ne­çə gün­dən son­ra hər­bi əmə­liy­yat­la­ra baş­la­ma­lı ol­duq. Son­ra­kı müd­dət­də par­la­men­tin səd­ri ki­mi tə­bii ki, mən hər­bi sa­hə­də yal­nız qa­nun­ve­ri­ci­lik sis­te­mi­ni ya­ra­da bi­lər­dim. Bi­zim Ali Baş Ko­man­dan mü­da­fiə sis­te­mi­nə la­zım olan qə­rar­la­rı, qa­nun­la­rı qə­bul et­mə­yə ça­lı­şır­dı. Bir də­fə 1993-cü il ap­re­lin əv­vəl­lə­rin­də Fü­zu­li ra­yo­nu ağır və­ziy­yət­də olar­kən mən ora get­dim. Və Fü­zu­li­nin iş­ğa­lı­nın qar­şı­sı­nı alın­ma­sı­na cəhd gös­tər­dim. Si­lah­daş­la­rı­mız­la, Al­la­ha şü­kür ki, bu­na na­il ol­duq.

İsa Qəm­bər Mü­sa­va­tı bər­pa edən mər­kə­zə rəh­bər­lik edib və 1992-ci ilin no­yabr ayın­da Mü­sa­vat Par­ti­ya­sı­nın III Bər­pa Qu­rul­ta­yın­da təş­ki­la­tın baş­qa­nı se­çil­ib.
Bu ilin mayında Müsavatın növbəti qurultayı keçiriləcək. İsa Qəmbərin başqanlıqdan gedəcəyi gözlənilir…

Tağı Kərimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ