Modern.az

Yol polisi motokuryerlərə nəzarəti gücləndirdi

Yol polisi motokuryerlərə nəzarəti gücləndirdi

Aktual

8 İyul 2025, 15:16

Motokuryerlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik işlər aparılır.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, sürət həddinin aşılması, təhlükəli manevrlər, işıqforun qırmızı işığında keçmə və digər qayda pozuntularına qarşı nəzarət gücləndirilib.

Bildirilib ki, keçirilən tədbirlərlə özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır, mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir, etdikləri qanun pozuntusunun digər vətəndaşlara yaratdığı çətinliklər izah olunmaqla bu halın yaratdığı təhlükələr onların diqqətinə çatdırılır.

“Bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına təhlükə yaratmamağa çağırırıq”, - qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi