Modern.az

Özgür Özelin toxunulmazlığı ləğv oluna bilər - TBMM-yə müraciət edildi

Özgür Özelin toxunulmazlığı ləğv oluna bilər - TBMM-yə müraciət edildi

Dünya

8 İyul 2025, 16:33

Türkiyədə bir sıra deputatların, o cümlədən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin toxunulmazlığı ilə bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət edilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

CHP sədri və Manisa millət vəkili Özgür Özəllə yanaşı, İyi Partiyanın qrup sədr müavini və Balıkəsir millət vəkili Turhan Çömez və CHP İstanbul millət vəkili Turan Taşkın Özerin toxunulmazlığı ilə bağlı iddianamə Türkiyə Böyük Millət Məclisinin sədrinə təqdim edilib.

Qeyd edək ki, bundan əvvəl CHP sədri ilə bağlı Ankara Prokurorluğu istintaq başladıb. Ona  "vəzifəsinə görə dövlət məmurunu təhqir və hədələmə" ittihamı irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi