Modern.az

Hakan Fidanla Yaşar Gülər Pakistana gedir

Hakan Fidanla Yaşar Gülər Pakistana gedir

Aktual

8 İyul 2025, 16:30

Türkiyənin xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər sabah Pakistana rəsmi səfər edəcək.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb.

Səfər çərçivəsində türkiyəli nazirlərin Pakistanın Baş naziri şahbaz Şərif tərəfindən qəbul ediləcəyi gözlənilir.

Həmçinin, Hakan Fidan pakistanlı həmkarı İshaq Dar arasında görüş keçiriləcək.

Yaşar Gülər isə Pakistanın Quru Qoşunları Komandanı Asim Münir ilə müzakirələr aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi