Modern.az

Şəmkirdə ağır qəza - 1 ölü, 3 yaralı

Şəmkirdə ağır qəza - 1 ölü, 3 yaralı

Hadisə

9 İyul 2025, 08:38

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, qəza Şəmkir-Şiştəpə yolu adlanan ərazidə qeydə alınıb. 

 

İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi “KİA Cerato” markalı avtomobili aşırdıb və nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb. 

 

Anar Atakişizadə və Şiştəpə kənd sakinləri - 32 yaşlı Orxan Atakişiyev və onuna eyni yaşda olan Cəmil İbadullayev xəsarətlər alıblar. 

 

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

 

Faktla bağlı araşdırma başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi