Modern.az

Makron Britaniyanı Fələstini tanımağa çağırıb

Makron Britaniyanı Fələstini tanımağa çağırıb

Dünya

9 İyul 2025, 14:30

Fransa prezidenti Emmanuel Makron Londonda İcmalar Palatasının və Lordlar Palatasının üzvləri qarşısında çıxış edərək Britaniyanı Fələstin dövlətini tanımağa çağırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa liderinin 2008-ci ildən bəri Britaniyaya ilk dövlət səfərinin başlanğıcında Makron Yaxın Şərqdəki gərginlik və ABŞ-ın dəstəyi ilə bağlı qeyri-müəyyənlik şəraitində əməkdaşlığın vacibliyini vurğulayıb.

“Bu gün Fələstin dövlətini tanımaq və bu siyasi sürəti işə salmaq üçün birlikdə çalışmaq sülhə aparan yeganə yoldur”,- deyən Makron, London və Parisin məsələ ilə bağlı məsləhətləşmələri davam etdirdiyini bildirib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi