Modern.az

Suriyaya qaz verilişində SOCAR da iştirak edə bilər

Suriyaya qaz verilişində SOCAR da iştirak edə bilər

İqtisadiyyat

10 İyul 2025, 11:02

Türkiyənin Suriyanı təbii qazla təmin etmək planlarında SOCAR Ankaranın tərəfdaşı ola bilər. 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

"SOCAR bu layihədə bizimlə tərəfdaş ola bilər. Ümid edirəm ki, biz Suriyada həyatı normallaşdıra bilərik", - Bayraktar OPEC toplantısı üçün Vyanaya səfəri zamanı deyib.

Xatırladaq ki, Bayraktar may ayında Dəməşqə səfəri zamanı Türkiyənin Suriyaya 1000 meqavat elektrik enerjisi ilə yanaşı, hər il 2 milyard kubmetr təbii qaz verəcəyini bildirmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi