Modern.az

Millimiz FIFA reytinqində gerilədi

Millimiz FIFA reytinqində gerilədi

10 İyul 2025, 12:28

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Modern.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığması reytinqdə üç pillə geriləyib.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 1148 xalla 122-ci yerdə qərarlaşıb.

Reytinqə 1885.36 xalla son dünya çempionu Argentina millisi başçılıq edir. Avropa çempionatının son qalibi İspaniya yığması (1867.09) ikinci, Fransa seçməsi (1862.03) üçüncüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı