Modern.az

Samuxda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı - FOTOLAR

Samuxda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı - FOTOLAR

Qərbi Azərbaycan

10 İyul 2025, 15:20

Samux Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi ” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, təqdimatda Samux RİH başçısı Firdovsi Əliyev, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Bayram Apoyev, rayonda məskunlaşmış Qərbi azərbaycanlılar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak edib.

Samux Şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qərbi Azərbaycan tarixinə, mədəniyyətinə, Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizliyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Samux RİH başçısı Firdovsi Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində çap edilib.

Tədbirdə çıxış edən digər natiqlər müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən söhbət açaraq, kitabda qeyd olunan təkzibedilməz faktların tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəd olmasını vurğulayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi