Modern.az

Yanukoviçin saxlanılmasına cəhd zamanı atışma olub

Yanukoviçin saxlanılmasına cəhd zamanı atışma olub

25 Fevral 2014, 10:04


Fevralın 23-də Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Krım muxtariyyatının ərazisində saxlanılmasına cəhd zamanı atışma baş verib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda LB.ua-ya xüsusi mənbə məlumat verib. Mənbə deyib ki, eks-prezidentin saxlanılmasına cəhdi hiss edən kartjeindəki adamlar atəş açıblar, bəzi məlumatlara görə, bir neçə nəfər yaralanıb. Hətta ölənlərin olduğu da bildirilir. Amma Ukraynanın daxili işlər naziri səlahiyyətlərini icra edən Arsen Avakov atəş açılması ilə bağlı xəbəri təsdiqləməyib. Ancaq onun sözlərinə görə, Yanukoviçin harada olduğu barədə əsas versiyalar var. Onun Krımdakı sanatoriyalardan birində gizləndiyi də bu versiyalardan biridir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU