Modern.az

"Sabah" Sloveniya klubuna məğlub oldu

"Sabah" Sloveniya klubuna məğlub oldu

İdman

10 İyul 2025, 22:13

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” birinci təsnifat mərhələsində ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edib.

 

“Bank Respublika Arena”da keçirilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Sabah"ın heyətində Pavol Şafranko dubl edib.

 

Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi