Modern.az

Dövlət Əmək Müfəttişliyi 924 işçi ilə əmək müqaviləsi bağlanılmasını təmin edib

Dövlət Əmək Müfəttişliyi 924 işçi ilə əmək müqaviləsi bağlanılmasını təmin edib

25 Fevral 2014, 11:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional strukturları tərəfindən qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması istiqamətində cari ilin yanvar ayında aparılan işlər nəticəsində ayrı-ayrı müəssisələr üzrə ümumilikdə 924 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumat verilib.

Eyni zamanda, işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 24 kollektiv müqavilə bağlanılıb. Qeyd edilən dövrdə işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 90472 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsi təmin olunub. Həmin vəsaitlərdən 84974 manatını əmək haqları,  4534 manatını zərərə görə ödənclər, 964 manatını sosial müavinət və kompensasiyalar təşkil edib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU