“Hazırda pedaqoji sahədə internatura modelinin tətbiqi mexanizmi hazırlanır”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhofəsində vətəndaşların sualları cavablandırılarkən qeyd edilib. Bildirilib ki, həmin mexanizm təsdiq edildikdən sonra tətbiqinə başlanacaq və bu barədə əlavə məlumat veriləcək. Eyni zamanda qeyd edilib ki, təhsil ixtisası üzrə orta ixtisas təhsili müəssisələrini bitirənlər müsabiqədən uğurla keçdikdən sonra öz ixtisasına uyğun məktəbdə müəllim işləyə bilər.
“Kolleclərə müəllim kimi işə qəbul təhsil müəssisələrinin səlahiyyətindədir və direktorun əmri ilə həyata keçirilir”.
Aytən ƏLİYEVA