Modern.az

Rusiya İranın nüvə obyektlərini bərpa edə bilər - Səfir

Rusiya İranın nüvə obyektlərini bərpa edə bilər - Səfir

Dünya

11 İyul 2025, 14:12

Rusiya lazım gələrsə, İranda zədələnmiş infrastrukturun – nüvə obyektlərinin bərpasına köməklik göstərə bilər.

Modern.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

Onun sözlərinə görə, iki ölkə arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi fonunda Moskva və Tehran regional sabitliyi və təhlükəsizliyi birgə qorumağa, eləcə də birtərəfliliyə birgə müqavimət göstərməyə borcludurlar.

“Rusiya həm zədələnmiş obyektlərin bərpasına kömək edə bilər, həm də gərginliyi azaltmaq üçün vasitəçi kimi çıxış edə bilər”, - Cəlali qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi