Modern.az

Parlament PKK-ya görə yeni komissiya YARADIR

Parlament PKK-ya görə yeni komissiya YARADIR

Parlament

11 İyul 2025, 15:38

İqtidarın “Terrorsuz Türkiyə”, DEM Partiyasının isə “Sülh və Demokratik Cəmiyyət Prosesi” adlandırdığı bu mərhələdə PKK-nın silahı yerə qoymağa başlamasından sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) müvafiq iş başlayıb. 

Modern.az “BBC Türkçə”yə istinadən xəbər verir ki, TBMM sədri Numan Kurtulmuş gələn həftə bu proses çərçivəsində parlamentdə yeni komissiyanın qurulması üçün siyasi partiyaların qrup sədr müavinləri ilə toplantı keçirməyi planlaşdırır. Bu toplantıda siyasi partiyaların həmin komissiyanın iş prinsipi və strukturu ilə bağlı təklifləri müzakirə olunacaq. 

Məclis komissiyası qurulduqdan sonra müvafiq dövlət qurumları üzvləri məlumatlandıracaq. Komissiyada razılaşdırılmış sənədlər qanunvericilik prosedurları çərçivəsində plenar iclasda müzakirə olunacaq. “Cəza qanunvericiliyi”ndə ediləcək dəyişikliklər də bu komissiyada formalaşacaq.

Məclis ayın sonuna doğru tətilə çıxacağı üçün ilk hüquqi tənzimləmələr yeni qanunverici il başladıqdan sonra - 1 oktyabrdan etibarən Məclisin gündəliyinə daxil olacaq.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi