Modern.az

Milli Məclis sədri Xocalı faciəsindən danışdı

Milli Məclis sədri Xocalı faciəsindən danışdı

25 Fevral 2014, 12:21


Milli Məclisin plenar iclası öz işinə başlayıb. Modern.az xəbər verir ki, parlament üzvləri ilk olaraq Xocalı soyqırımını bir dəqiqəlik sükutla yad edib. Daha sonra spiker Oqtay Əsədov Xocalı soyqırımı ilə bağlı məsələyə toxunub və bildirib ki, bu gün Honduras, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sərəncamı ilə Xocalıda baş verilmiş qanlı qətliamı dünya əhalisi soyqırım kimi tanıyırlar.

“Rumıniya, Bosniya və Hersaqovina, İordaniya parlamentləri, eləcə də ABŞ-ın 20 yaxın ştatında icra və qanunverici orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bunlar Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasətin bəhrəsidir. Eyni zamanda digər dövlət orqanlarının, o cümlədən Milli Məclisin, QHT-lərin əməyinin nəticəsidir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İslam Əməkdaşlıq Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kompaniyası real və konkret nəticələr verməkdədir. Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Xocalı soyqırımı təşkilatçıları öz cəzalarını alacaqlar. Gündən-günə həm siyasi, həm iqtisadi çəkisi artan Azərbaycan əminik ki, həm Dağlıq Qarabağı, həm də ətraf 7 rayonu azad edəcək”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU