Modern.az

Deputat islam ölkələrini ittiham etdi: “Onlardan kömək gözləməyə dəyməz”

Deputat islam ölkələrini ittiham etdi: “Onlardan kömək gözləməyə dəyməz”

25 Fevral 2014, 12:38

“Ermənilərə tək Runsiya yox, həm də islam ölkələri kömək edir”. Modern.az xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu günkü plenar iclasında çıxışı zamanı bildirib. O, beynəlxalq aləmin ədalətsizliyindən danışıb. Qeyd edib ki, ATƏT-in Minsk qrupuda daxil olmaqla ABŞ , Rusiya və Fransa ermənipərəst mövqe tutur, Azərbaycana qarşı bu qədər qətliam və işğal faktı olsa da onlar susurlar, günahkarın cəzalanmasında maralı deyillər.

“Halbuki, həmin öləkələrə qarşı bu addımı kimsə atarsa həmin adamı tapıb cəzalandıracaqdılar. Biz ATƏT-in Mins qrupunun yarıtmaz fəaliyyətini pisləməliyik. Belə davam edərsə işğal faktı hələ 20 il də davam edər”.

Deputat islam ölkələrinin əməkdaşlıq təşkilatını tənqid edib. “Islam əməkdaşlıq təşkilatı ölkələrinin isə kömək gözləməyə dəyməz. Çünki bu ölkələr siyasi mövqe nümayiş etdirmirlər, dağınıq haldadırlar. Ermənistanın bu gün ayaq üstə qalmasında səbəbkar Rusiyadan çox islam ölkəsi olan İrandır. Məsçidləri dağıtmış ölkə ilə həm iqtisadi, turizm, digər sahədə əməkdaşlığı genişləmdirir”-deyə deputat vurğulayıb.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU