
Milli Məclisin bu günkü iclasında çıxış edən deputat Fazil Mustafa Xocalı soyqırımının dünyaya tanıdılması ilə bağlı təkliflər irəli sürüb. Modern.az bildirir ki, deputat bunun üçün əlimizdə Xocalı faciəsi ilə bağlı xeyli materialların olduğunu vurğulayıb.
“Biz Avropa Şurasında təbliğatı düzgün qurmalıyıq. Məsələn, PKK terrorçuları orada parlament qarşısında durub Abdulla Öcalanın azad olunması ilə bağlı vərəqələr paylayırdılar. Onu oxumasalar belə alırlar və hadisə xatırlanır. Biz də belə edə bilərik. Bundan başqa Xocalı faciəsinin ildönümünə az qalmış səfirliklər vasitəsilə bütün ölkələrin nazirliklərinə, baş nazirinə, prezidentinə məktublar göndərə bilərik”. Millət vəkili Azərbaycan və Türkiyənin birgə hərəkət etmələrini bildirib. Bu həm Xocalı faciəsi, həm də 24 apreldə davam edə bilər.
Fazil Mustafa sonda Nuru Paşanın Gəncədəki evinin qarşısında baralyefinin qoyulmasını təklif edib.
Gültəkin Ələsgər