Modern.az

"Deputat Сeyhun Osmanlıya cinayət işi açılmalıdır" - Milli Məclisdə TƏLƏB

"Deputat Сeyhun Osmanlıya cinayət işi açılmalıdır" - Milli Məclisdə TƏLƏB

25 Fevral 2014, 12:58

Milli Məclisin deputatı İqbal Ağazadə parlamentin bugünkü iclasında deputat həmkarı Ceyhun Osmanlının cinayət məsuliyyətinə alınması barədə məsələ qaldırıb.

Modern.az bildirir ki, deputat bunun üçün əsas olaraq C.Osmanlının jurnalist Xədicə İsmayılın səs yazısının hüquq mühafizə orqanlarına təqdim edilməsini göstərib.

O qeyd edib ki, millət vəkilinin bir jurnalistin danışığını öz telefonuna yazaraq prokurorluğa verməsi qanunla qadağandır. “Hansı ki, biz səs yazılarını, icazəsiz videogörüntülərin yayılmasını referenduma çıxarıb Azərbaycan Respublikasının Konstitusiyasına saldıq. Buna baxmayaraq hələ də, belə halların davam etdiyini görürük.

“Deputat Ceyhun Osmanlının jurnalist Xədicə İsmayılın səs yazısını prokurorluğa təqdim etməsi ciddi Konstitiusiya pozuntusudur. Ceyhun Osmanlı ya bunu təkzib etməli ya da cinayət məsuliyətinə cəlb olunmalıdır”-deyə deputat qeyd edib.

Spiker Oktay Əsədov isə millət vəkilinə irad tutaraq bildirib ki, bu məsələni Milli Məclisə çıxartmaq düz deyil:  “Sizin əlnizdə bununla bağlı hər hansı sübut yoxdursa, xahiş edirəm belə söhbətlərin Milli Məclisə gətirməyin. Kimsə özünə xal qazanmaq üçün bu vasitələrə əl atması yolverilməzdir. Biz burada Xocalı faciəsi ilə bağlı müzakirə aparırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...